“Doğma Xəzərdə Səhər” rəssam Süleyman Hüseynovun yağlı boya texnikası ilə işlədiyi orijinal tablo .
Əsər Abşeronun Mərdəkan sahilində 2017 ci ildə edilən etüd əsasında yaradılmışdır və müasir incəsənətin estetik dəyərlərini, emosional ifadə gücünü özündə birləşdirir.
Texnika: yağlı boya, kətan üzərində işlənmişdir.
Ölçüsü: 70×90 sm.
İl: 2025.
Bu sənət əsəri tək nüsxədir və tamamilə əl işidir.
Tablo ev, ofis və qalereya interyerləri üçün uyğundur.
Xüsusilə sənətsevərlər və kolleksiyaçılar üçün dəyərli seçimdir.
Orijinal tablo axtaranlar üçün unikal və zamansız sənət nümunəsidir.
Təcrübəm və Sənətim
Mən sənətçi ailəsində böyümüşəm və artıq 24 ildir ki, peşəkar şəkildə rəssamlıqla məşğul oluram. Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Təhsilimi Əzim Əzimzadə adına İncəsənət Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışam. Yaratdığım hər bir əsərdə bu illərin təcrübəsi, zəhməti və sənətə olan sevgim var.
Yerli çatdırılma necədir?
Əsəri Bakıdakı emalatxanadan şəxsən götürə və ya ünvanınıza çatdırılmasını sifariş edə bilərsiniz.
Beynəlxalq sifariş mümkündür?
Bəli, xarici sifarişlər Saatchi Art platforması vasitəsilə həyata keçirilir.
Qablaşdırma necə edilir?
Əsərlər daşınma zamanı zədələnməməsi üçün xüsusi qoruyucu materiallarla qablaşdırılır.
Hansı formada göndərilir?
Standart olaraq rulon şəklində göndərilir. Azərbaycanda İstəyə görə şassi üzərində və çərçivəli asılmağa hazır təqdim oluna bilər.
✅ Üstünlüklər
✓ Təhlükəsiz qablaşdırma
✓ Orijinal əl işi
✓ Orijinallıq sertifikatı
✓ Etibarlı çatdırılma